Nazirlər Kabinetinin bir neçə qərarında dəyişiklik edilib.
Sitat.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
"Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası"na edilən dəyişikliyə görə, namizəd tərəfindən bilərəkdən və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlərin və ya məlumatların təqdim edilməsi müəyyən edildikdə, namizədin test imtahanında əldə etdiyi nəticələr etibarsız hesab olunacaq.
Mərkəz tərəfindən sertifikatın ləğv olunması barədə müvafiq qərar qəbul edilir və üç iş günü ərzində nəticələrinin etibarsız hesab edilməsinin səbəbləri izah olunan məlumat namizədə elektron qaydada təqdim edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə biləcək.