Xarici ölkə vətəndaşlığını qəbul etmiş şəxs bəzi hallarda müddətli həqiqi hərbi xidmətə çağırılır.
Sitat.info xəbər verir ki, məsələyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatında əks olunub.
Qeyd olunub ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinin tələblərinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.