Toğanlıda ağır QƏZA - Yaralılar var

18:23 16 May 2026

Göygöldə ağır qəza baş verib.

 Sitat.info Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Toğanalı kəndi istiqamətində olub.

Belə ki, “VAZ 2107” markalı avtomobil digər maşınla toqquşub. Qəza zamanı Göygöl rayon sakini 1969-cu il təvəllüdlü İbad Vəliyev və daha iki nəfər xəsarət alıb. Yaralılardan adıçəkilən şəxsin vəziyyəti daha ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.



Xəbər xətti