Bakıda keçirilən WUF13 çərçivəsində UN-Habitat-dan ÇAĞIRIŞ

11:50 17 May 2026

UN-Habitat yeni urbanizasiya gündəliyinin həyata keçirilməsində üzv dövlətləri və tərəfdaşları dəstəkləməyə hazır olduğunu bəyan edib.

Sitat.info xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaclaudia Rossbach Bakıda keçirilən WUF13 çərçivəsində yeni urbanizasiya gündəliyinə həsr olunmuş nazirlər görüşündə çıxışı zamanı bildirib.

O qeyd edib ki, dayanıqlı şəhərlərin inkişafı, inklüziv urbanizasiya və yaşayış mühitinin yaxşılaşdırılması istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir.

Rossbax vurğulayıb ki, UN-Habitat bu məqsədlə üzv dövlətlər və tərəfdaşlarla birgə fəaliyyətini davam etdirəcək.
 



Xəbər xətti