Mirzozoda Nizam: Tacikistan tikinti sahəsinin rəqəmsallaşdırılmasına üstünlük verir

12:12 17 May 2026

Tacikistan tikinti sahəsinin rəqəmsallaşdırılmasına, dayanıqlı inkişafa və şəhər mühitinin keyfiyyətinin artırılmasına xüsusi diqqət yetirərək Yeni Şəhər Gündəliyinin həyata keçirilməsini davam etdirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Tacikistanın Memarlıq və Tikinti Komitəsinin sədri Mirzozoda Nizam Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.



Xəbər xətti