Trabzon və Şuşa şəhərləri qardaşlaşacaq

10:41 18 May 2026

Türkiyənin Trabzon şəhəri ilə Azərbaycanın simvol şəhəri sayılan Şuşa qardaşlaşacaq.

Sitat.info xəbər verir ki, bu barədə Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Əhməd Mətin Gənc məlumat verib.

O qeyd edib ki, bununla bağlı mayın 19-da iki şəhər arasında protokol imzalanacaq.

Bundan başqa, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) qatılan Əhməd Mətin Gənc çıxışında yaşayış hüququ ilə iqlim böhranının bir-birindən ayrı düşünülə bilməyəcəyini vurğulayıb.

Bələdiyyə sədri Trabzon nümunəsi misalında mənzillərin enerji istehlakı və karbon emissiyasına təsirinə diqqət çəkərək, dayanıqlı şəhərlər üçün aşağı karbonlu, fəlakətlərə davamlı və sosial ədaləti gücləndirən şəhər siyasətlərinin vacibliyinə işarə edib./Report



Xəbər xətti