Netanyahunun korrupsiya məhkəməsinin iclası yenə LƏĞV EDİLDİ

11:12 18 May 2026

Baş nazir Benyamin Netanyahunun korrupsiya işi üzrə bu günə planlaşdırılan məhkəmə iclası yenidən ləğv edilib.
Sitat.info Kanal12-ə istinadən məlumat verir ki, məlumata görə, müdafiə tərəfi son anda “təcili təhlükəsizlik və siyasi səbəblər” göstərərək iclasın keçirilməməsi üçün məhkəməyə müraciət edib. Vəkil tərəfindən təqdim olunan rəsmi sənəddə qeyd olunur ki, bəzi detallar möhürlənmiş zərf vasitəsilə yalnız məhkəmə və prokurorluğa təqdim edilib.

Xatırladaq ki, Netanyahu 2020-ci ildən davam edən iş çərçivəsində rüşvət, fırıldaqçılıq və etimadı sui-istifadə ittihamları ilə üz-üzədir. O, ilk dəfə 2024-cü ilin dekabrında ifadə vermişdi, lakin proses davamlı təxirə salınmalarla müşayiət olunur.
2025 və bu il ərzində müdafiə tərəfi tez-tez müharibə, diplomatik görüşlər və təhlükəsizlik səbəbləri ilə iclasların təxirini tələb edib.
Tənqidçilər isə Netanyahunun regional gərginliklərdən istifadə edərək prosesi uzatdığını iddia edirlər.

Aytac,

Sitat.info



Xəbər xətti