Özbəkistan bundan sonra da Azərbaycanın Qarabağ regionunun inkişafına köməklik göstərməyə hazırdır.
Sitat.info xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şövkət Mirziyayev Bakıda WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində bildirib.
O vurğulayıb ki, Qarabağda sürətli şəkildə genişmiqyaslı quruculuq işləri həyata keçirilir:
"Sizin rəhbərliyinizlə (Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək - red.) Azərbaycan ərazisində, xüsusən də Qarabağda sürətli templərlə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Azad edilmiş ərazilərdə qısa müddət ərzində evlər bərpa edilib. Şadam ki, yeni yaşayış kompleksləri, müasir obyektlər, infrastrukturlar inşa edilir. Fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, Özbəkistan bu nəcib işə həmişə öz töhfəsini verməyə hazırdır".