İran düşmən üçün yeni sürprizlər hazırlayıb - Bəqai

15:37 18 May 2026

İran Silahlı Qüvvələri hadisələrin inkişafının bütün mümkün ssenarilərinə hazırdır və rəqibə "yeni sürprizlər" təqdim etmək əzmindədir.

Sitat.info Oxu.az-a istinadla xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bəyan edib. O, mətbuat konfransı zamanı qeyd edib ki, İran istənilən ssenariyə tamamilə hazırdır.

"Düşmənin hər cür ağılsız hərəkətlərinə mütləq bütün gücümüzlə cavab verəcəyik, bunu artıq hərbi qüvvələrimiz 40 gün ərzində sübut edib. Sizi əmin edirəm ki, silahlı qüvvələrimiz düşmənə yeni sürprizlər də hazırlayıb", - deyə o əlavə edib.



Xəbər xətti