“Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova Kann Film Festivalında iştirak edib.
Sitat.info xəbər verir ki, Ülviyyə Mahmudova bu haqda sosial şəbəkə hesabında görüntülər paylaşıb.
O, paylaşımında “Vivienne Westwood”dan qırmızı vintaj libas və “Bvlgari” zinət əşyaları ilə qırmızı xalçada yer aldığını vurğulayıb.
Qeyd edək ki, Ülviyyə Mahmudova M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızıdır.