“Real” Mbappeni SATIR

19:26 18 May 2026

"Real Madrid"in ulduz futbolçusu Kilian Mbappe ətrafında yeni transfer iddiaları gündəmə gəlib.
 
Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, klub prezidenti Florentino Perez fransız hücumçunu 250 milyon avro qarşılığında transfer siyahısına daxil edib. İddialarda qeyd olunur ki, rəhbərlik komanda daxilində yaranan gərginlik səbəbindən radikal qərarlar verməyə hazırlaşır.
 
Son həftələrdə Kilian Mbappenin azarkeşlər tərəfindən sərt tənqid olunması da diqqətdən qaçmayıb. "Santyaqo Bernabeu" stadionunda keçirilən "Oviedo" matçında futbolçunun adı səsləndirilərkən tribunadan fit səsləri eşidilib.
 
Bundan əlavə, futbolçunun "El Klasiko"dan əvvəl aktrisa Ester Eksposito ilə İtaliyaya səfər etməsi də İspaniya mediasında geniş müzakirələrə səbəb olub. Bəzi xəbərlərdə komanda daxilində bir sıra oyunçuların ona göstərilən xüsusi münasibətdən narazı olduğu bildirilib.
 
Sosial şəbəkələrdə yayılan digər görüntülərdə isə Mbappenin anasının azarkeş reaksiyasına gülməsi geniş rezonans doğurub.
 
Mövsümün sonuna yaxın "Real Madrid"də gərgin atmosferin davam etdiyi və futbolçunun gələcəyi ilə bağlı yaxın günlərdə yeni qərarların verilə biləcəyi iddia olunur.



Xəbər xətti