Türkiyədə dəhşətli qətliam - Küçə-küçə gəzib qarşısına çıxanı güllələdi

19:36 18 May 2026

Türkiyənin Mersin şəhərində dəhşətli qətliam törədilib.

Sitat.info xəbər verir ki, hadisə şəhərin Tarsus rayonunda qeydə alınıb.

Məlumata görə, silahlı şəxs əvvəlcə yerli restoranlardan birinə daxil olaraq qəfildən atəş açıb. Nəticədə obyektin sahibi və bir əməkdaşı həyatını itirib. Hadisədən sonra avtomobillə ərazidən qaçan şəxs əvvəlcə heyvan otaran gənci, daha sonra isə evinin qarşısında dayanan yük maşını sürücüsünü də güllələyərək qətlə yetirib. O, həmçinin qaçmağa çalışarkən qarşısına çıxan daha 8 nəfəri də müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaralayıb.

Qeyd olunub ki, hadisə yerinə dərhal çoxlu sayda jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması üçün genişmiqyaslı əməliyyat keçirilir.



Xəbər xətti