Bu ərazilərdə qaz olmayacaq

10:22 3 İyun 2026

Bu gün Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz olmayacaq.

Bu barədə Sitat.info-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Hövsan qəsəbəsinin bir hissəsinin (Hövsan bağları, Dənizkənarı və O.Şabanov küçələri) qaz təchizatında qısamüddətli fasilə yaranacaq.



Xəbər xətti