Otelin restoranında baş verən yanğında 21 nəfər öldü

12:05 3 İyun 2026

Hindistanın paytaxtı Yeni Dehlidə bir otelin restoranında yanğın baş verib və ilkin məlumatlara görə 21 nəfər ölüb.
Sitat.info xəbər verir ki, NDTV-nin məlumatına görə, yanğın yerli vaxtla saat 08:50 radələrində Yeni Dehlidə təxminən 40 nəfərin qaldığı 5 mərtəbəli otelin zirzəmi restoranında başlayıb.

Çoxsaylı yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib. Yanğın baş verən zaman otel qonaqlarının əksəriyyətinin yatdığı bildirilib. İlkin məlumatlara görə, hadisədə 21 nəfər ölüb, bir çox insan isə xilas edilib.

Yanğının səbəbi hələ müəyyən edilməyib. Hindistanın Baş naziri Narendra Modi sosial media hesabında paylaşım edərək yanğında ölənlərin ailələrinə başsağlığı verib.

Aytac,

Sitat.info 



Xəbər xətti