İranın raket və PUA-larla Küveyt Beynəlxalq Hava Limanına həyata keçirdiyi hücum nəticəsində 1 nəfər ölüb. Xəsarət alanların sayı isə 63 nəfərə çatıb.
Sitat.info xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyi məlumat yayıb.
Yaralananlar arasında hava limanının əməkdaşları və sərnişinlər də var.
Qeyd edək ki, bu gün ABŞ və İran bir-birilərinə qarşılıqlı zərbələr endirib.
İran ordusu Dubay beynəlxalq hava limanının hərbi sektoruna da zərbə endirib.