"Brent" və WTI markalı neft füçersləri UCUZLAŞDI

12:18 9 İyun 2026

Qlobal bazarda neft kəskin bahalaşmadan sonra yenidən ucuzlaşıb.

Sitat.info xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:13-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 0.81 dollar (0.86%) ucuzlaşaraq bir barel üçün 93.44 dollar olub. Əvvəlki sessiyada isə "Brent" markalı neft 1.16 dollar (1.24%) bahalaşaraq bir barel üçün 94.25 dollar təşkil etmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 1.15 dollar (1.26%) ucuzlaşaraq bir barel üçün 90.15 dollar olub. Əvvəlki sessiyada WTI markalı xam neft 0.76 dollar (0.84%) bahalaşaraq bir barel üçün 91.30 dollara satılmışdı.



Xəbər xətti