Gəmidə həlak olanların nəşləri tapıldı

14:02 9 İyun 2026

“İyunun 5-də Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların iyunun 9-da günorta radələrində ölkəmizə çatmaları gözlənilir”​.

Sitat.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, bununla yanaşı, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb:

“Müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi aşkarlanmış 4 vətəndaşımızın cənazələrinin və onları müşayiət edən Yeysk şəhərində qalan 2 vətəndaşımızın yaxın günlərdə ölkəmizə yola salınması nəzərdə tutulur”.



Xəbər xətti