Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.
Sitat.info xəbər verir ki, yeraltı təkanlar bir sıra rayonlarda hiss olunub.
Məlumata görə, zəlzələ xüsusilə Oğuz və Ağdaş rayonlarında sakinlər tərəfindən hiss edilib.
Hadisə ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.