ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni və sərtləşdirilmiş iqtisadi sanksiyaların Tehranın müharibə ilə bağlı mövqeyini dəyişməyə məcbur etməsi ehtimalı azdır.
Sitat.info Əl-Cəzirəyə istinadən məlumat verir ki. ekspertlərin fikrincə, Vaşinqton hərbi yolla sürətli nəticə əldə edə bilmədiyi üçün iqtisadi təzyiq strategiyasına keçib.
Dohadan olan professoru Məhəmməd Elmasrinin sözlərinə görə, İran uzun illərdir sanksiyalardan yayınma mexanizmləri formalaşdırıb və yeni məhdudiyyətlərə də uyğunlaşa bilər.
Üstəlik, Çinin İranı iqtisadi cəhətdən təcrid etmək üçün ABŞ-ın bütün tələblərinə əməl etməsi gözlənilmir.
Ekspert hesab edir ki, sanksiyalar ilk növbədə İran xalqının iqtisadi vəziyyətini ağırlaşdıracaq, lakin bunun hökuməti geri addım atmağa məcbur edəcəyi şübhəlidir. Əksinə, ABŞ-ın hərbi təzyiqləri İran cəmiyyətində hakimiyyət ətrafında həmrəyliyi gücləndirə bilər.
Analitiklərin əsas nəticəsi isə budur: Vaşinqtonun iqtisadi müharibəyə keçməsi ABŞ-ın hərbi strategiyasının gözlənilən nəticəni vermədiyinə işarədir. İranın təslim olması əvəzinə müqaviməti artırması ehtimalı daha yüksək qiymətləndirilir.
Səid,
Sitat.info