Azərbaycan asfalt istehsalını 32 % artırıb

Azərbaycan asfalt istehsalını 32 % artırıb
İQTİSADİYYAT 28 Noyabr 2026 16:05

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 167,3 min ton asfalt istehsal edilib.

Sitat.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 % çoxdur.

Təkcə oktyabrda isə ölkədə 25,9 min ton asfalt istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 33 % azdır.

Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb.

2025-ci ildə Azərbaycanda 209 min ton asfalt istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 30,4 % çoxdur.