Türkiyədə bütün qurumlar səfərbər edildi: Boluda itən 10 uşaq tapıldı  

Türkiyədə bütün qurumlar səfərbər edildi: Boluda itən 10 uşaq tapıldı  
Dünya 28 Noyabr 2026 14:06

Türkiyənin Bolu vilayətinin Yedigöller bölgəsində itkin düşən 10 uşaq və onlarla birlikdə olan üç əməkdaş 10 saatlıq axtarışdan sonra tapılıb.

Sitat.info xəbər verir ki, Kocaelidən yola çıxan avtomobildə olan uşaqlar və üç əməkdaş Bolu Rayon Jandarm Komandanlığına gətirilib.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatına 204 nəfər şəxsi heyət və dronlar cəlb olunub. Mobil baza stansiyası vasitəsilə telefon siqnalının gücləndirilməsindən sonra itkin düşənlərlə əlaqə yaratmaq mümkün olub.

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş və daxili işlər naziri Mustafa Çiftçi uşaqlarla görüşüblər. Prezident Rəcəb Tayyib Ərdoğan da əməliyyatın gedişini diqqətdə saxlayıb.