Prezident: Azərbaycan-Albaniya əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Albaniya əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur
SİYASƏT 28 Noyabr 2026 11:23
Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur.

Sitat.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Bayram Beqaya bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda bildirib.

“Dövlətlərarası münasibətlərimiz dinamik inkişaf edərək hazırda yeni məzmun kəsb etməkdədir. Siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edir.

Əminəm ki, birgə səylərimizlə ənənəvi dostluq münasibətlərimizin, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımızın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənməsinə və daha da dərinləşməsinə nail olacağıq.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”, - deyə dövlət başçısı vurğulayıb.