Universitet tələbələrinin alacağı mobil telefonların vergidən azad olunmas dəstəyi AK Partiyanın seçki vədlərindən biri idi.
Sitat.info Türkiyə mediasına istinadən yazır ki, artıq bu istiqamətdə görülən işlər başa çatıb.
Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır yekun açıqlamanın qısa müddətdə veriləcəyini bildirib.
“Gənclərə verdiyimiz bəzi vədlər var. Bu sözləri addım-addım həyata keçirməyi hədəfləyirik. Seçkidən 2-3 ay keçib, amma prezidentimiz bizə verdiyimiz sözlərə əməl etməyi tapşırır. Normalda 5 il müddətimiz var, amma məqsədimiz gecikdirməməkdir. Millətimizə verdiyimiz sözlərə ən qısa zamanda əməl etmək niyyətindəyik”.
Ayna,
Sitat.info