ATGTİ tərəfindən “Şuşa Tələbələrin Gözü ilə” layihəsi uğurla başa çatıb

14:36 7 Sentyabr 2023

Müzəffər Ordumuzun işğaldan azad etdiyi doğma torpaqlarımıza qayıdış prosesi Qarabağın incisi olan Şuşada və ətraf ərazilərdə keçirilən kütləvi tədbirlərlə daha geniş vüsət almaqdadır. Bu məqsədlə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə 3, 5 sentyabr tarixlərində “Şuşa Tələbələrin Gözü ilə” layihəsi reallaşıb.

Sitat.info xəbər verir ki, layihənin məqsədi Azərbaycanda təhsil alan, müəyyən kriteriyalar əsasında seçilmiş istedadlı gənclərin ölkəmizdə gedən proseslərə müsbət təsirinin artırılması, tələbələrin Şuşanın tarixi və mədəni irsi ilə bağlı maarifləndirilməsi, Şuşaya qayıdış prosesində həvəsləndirilməsi və iştirakı, əcnəbi tələbələrin Şuşanın tarixi və mədəni abidələri və orada aparılan bərpa-quruculuq işləri ilə tanış edilməsidir.

Sözügedən layihə çərçivəsində baş tutan 2 səfərdə ölkəmizdə memarlıq, hüquq, diplomatiya, jurnalistika ixtisasları üzrə təhsil alan 180 nəfər yerli və xarici tələbənin Şuşa şəhərinə səfərləri təşkil olunmuş və tələbələr Şuşa şəhərində gedən bərpa-quruculuq işləri, şəhərin tarixi və mədəniyyəti ilə yaxından tanış olmuş və müvafiq ixtisaslara uyğun tapşırıqlar icra etmişdir.

Türkanə Əliyeva

Sitat.info




Xəbər xətti