Dünyada 333 milyon uşaq dəhşətli yoxsulluq məngənəsindədir: UNICEF

13:04 13 Sentyabr 2023

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) məlumatına görə, 333 milyon uşaq, dünya uşaq əhalisinin təxminən hər 6-dan 1-i həddindən artıq yoxsulluq içində yaşayır.
Sitat.info UNICEF və Dünya Bankı birgə “Beynəlxalq aclıq həddinə görə yoxsulluq içində yaşayan uşaqlar” adlı hesabat hazırlayıb.

Hesabatda gündə 2,15 dolların altında yaşayan və "həddindən artıq yoxsulluq" həddində sayılan uşaqların sayının 2013-cü ildən 2022-ci ilə qədər 13 faiz azalaraq 383 milyondan 333 milyona düşdüyünə diqqət çəkilib.

 Gələn həftə Nyu Yorkda başlayacaq BMT Baş Assambleyasının iclaslarında BMT-nin Davamlı İnkişaf Məqsədlərinin də müzakirə ediləcəyinə diqqət çəkən hesabatda bu tempin davam edəcəyi təqdirdə 2030-cu ilə qədər uşaq yoxsulluğuna son qoyulması hədəfinə çata bilməyəcəyi qeyd edilib.

Hesabatda qeyd olunub ki, uşaq yoxsulluğunun ən böyük yükü Sahara-altı Afrika bölgəsinə düşür, dünyadakı "həddindən artıq yoxsul" uşaqların  40 faizi bu bölgədədir.

Hesabata görə  bu bölgədə 2013-cü ildə uşaqların 54,8 faizi yoxsul idisə, 2022-ci ildə bu rəqəm 71,1-ə yüksəlib. a UNICEF və Dünya Bankı hökumətləri və maraqlı tərəfləri uşaq yoxsulluğuna son qoymaq üçün bu məsələni prioritet hesab etməyə çağırıb. 

Məğrur,

Sitat.info



Xəbər xətti