Azərbaycan əhalisinin sayı açıqlandı

21:27 13 Sentyabr 2023

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il avqust ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 milyon 157 min 406 nəfər təşkil edib.

Sitat.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.



Xəbər xətti