Türkiyə Radio və Televiziya İdarəsinin (RTÜK) "Kızıl Goncalar" serialı ilə bağlı apardığı araşdırmalar yekunlaşıb.
Sitat.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, RTÜK ekran işində bəzi səhnələrin cəmiyyətin milli və mənəvi dəyərlərinə zidd olduğunu nəzərə alaraq "FOX" kanalını cərimələyib.
Belə ki, ekran işinin yayımlandığı televiziya kanalına yüzdə üç faizlik inzibati pul cəzası kəsilib. Serialın yayımının isə iki dəfə dayandırılmasına qərar verilib.
Türkiyə Radio və Televiziya İdarəsinin əməkdaşı Tuncay Keser bildirib ki, buna səbəb müəllimin dini dərsdə şagirdə şiddət göstərməsi və çörək bişirilən yerdə çəkilən səhnə olub.
Xatırladaq ki, "Fani" adlı dini təriqətin hekayəsindən bəhs edən "Kızıl Goncalar" yayımlandığı gündən etirazlara səbəb olub. Buna baxmayaraq ekran işinin reytinq cədvəlində izlənmə rekorduna yaxınlaşdığı bildirilir./ Baku.ws