4700-dən çox uşağa reabilitasiya xidmətləri göstərilib

13:56 25 Mart 2024

Son iki ayda əlilliyi olan 4 750 uşağa reabilitasiya xidmətləri göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sitat.info-ya bildirilib ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya müəssisələri tərəfindən bu ilin yanvar-fevral aylarında 18 yaşadək əlilliyi olan 4 750 uşağa reabilitasiya xidmətləri göstərilib.

Onlardan 312 nəfəri stasionar, 2 946 nəfəri ambulator, 160 nəfəri icma əsaslı, 1194 nəfəri onlayn, 59 nəfəri ippoterapiya, 79 nəfəri səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyadan olan uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində və Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin olunurlar.



Xəbər xətti