Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq?

10:21 29 Mart 2024

Martın 3-də keçirilən imtahanın nəticəsi növbəti həftə ərzində açıqlanacaq.

Bu barədə Sitat.info-ya Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd edilib ki, martın 10-da olan imtahanın nəticəsinin isə aprelin 8-dən sonra elan ediləcək.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi martın 3-də (11 illik) orta təhsil səviyyəsi üzrə 30 şəhər və rayonda, martın 10-da 33 şəhər və rayonunda buraxılış imtahanı keçirib.



Xəbər xətti