Ləman Ələşrəfqızı deputat Elnur Allahverdiyevə: "Sən varlanacaqsan deyə, kasıbın başında çanaq partladacaqsan?"

15:10 1 Aprel 2024

"Kontakt Home" jurnalist Ləman Ələşrəfqızını cərimələyib.

Sitat.info xəbər verir ki, o bu barədə rəhbəri olduğu "LAF TV"nin efirində danışıb.

L.Ələşrəfqızı bildirib ki, bayram günləri olmasına baxlmayaraq, "Kontakt Home" kreditlə götürdüyü kompüterin aylıq ödənişinə cərimə hesablayıb:

"Kontakt Home"-dan kreditlə noutbuk götürmüşəm. Aylıq 231 manat kredit ödəyirəm. Kredit vaxtı martın 20-də idi, bayram gününə düşdü. Nazirlər Kabinetinin də qərarına görə, 20-dən 27-ə qədər bayram günləri idi.

"Kontakt Home" bayram günləri olmasına baxmayaraq, mənə həmin günlərə cərimə yazıb. Hər gün üçün 1 manatdan artıq hesablayıblar".

L.Ələşrəfqızı "Kontakt Home"-un sahibinə səslənib, ona etirazını bildirib: "Kontakt Home"-un başında duran adam deputatdır. Bu adam qanunlara əməl etmək istəmir, belə başa düşürəm. Nazirlər Kabinetinin qərarı ilə bu ölkədə bayramdır. Bunu hamıdan qabaq deputat Elnur Allahverdiyev bilməmiş deyil. Yaxşı bilir ki, Nazirlər Kabineti yeddi gün istiahət verir. Səndən kredit götürən adamlara bu zülmü yaşadırsan. Bu nə deməkdir? Bəlkə mən xaricdəyəm. Tutaq ki, mən Türkiyədə idim, "E-manat" sistemi tapmalıydım? Sən indi varlanacaqsan deyə, kasıbın başında çanaq partladacaqsan?"

Seymur,

Sitat.info

 



Xəbər xətti