İctimai nəqliyyatda çanta problemi

18:15 1 Aprel 2024

Hazırda çoxumuz metro və digər ictimai nəqliyyat vasitələrindən istifadə edirik. Hər gün minlərlə insanın metrodan istifadə etdiyini nəzərə alsaq, sıxlığın olması normal haldır. Metronun həm sərfəli, həm də sürətli olması ona təlabatın artmasına gətirib çıxarır.

Ancaq səfər vaxtı bizə problem olan təkcə sıxlıq yox, narahatlığa yol açan insanlar olur. Elə bu problemlərdən biri də, bel çantası ilə digər sərnişinləri narahat edənlərdir. Vaqonlarda çantanı əldə tutmaq lazım olduğunu göstərən işarələrin olmasına baxmayaraq, bir çox insan buna əməl etmir. Bu da normal olaraq digər sərnişinlər üçün narahatlıq yaradır. 

Gündəlik metrodan istifadə edənlərdən biri olan Kənan Yusif bəzi insanların ictimai nəqliyyatların hamı üçün olduğunu unutduğunu qeyd etdi: 

"Metroda bel çantaları ilə gəzən insanlar da var. Onlar daha da sıxlıq yaradırlar. Vaqonun içərisində hər kəs biri-biri ilə kifayət qədər "mehriban" olur. Bel çantalarını belində daşıyanlar da bu sıxlığı daha da artırır. İnsanları narahat edir. Ona görə də metroya girərkən çantaları əldə daşımaq lazımdır". 

Tələbə olan Aytəkin Əliyeva metrodan istifadə vaxtı geyiminə ziyan gəldiyini bildirdi:

"Sıxlığın özü problemdir, ancaq bundan başqa problemlər də var. Nümunə olaraq elə bel çantasını əlində daşımayan sərnişinlər. Hətta bir dəfə olub ki, sərnişin düşən vaxt belindəki çanta pencəyimə keçib və pencəyim cırılıb. Bu kimi halların qarşısını almaq üçün bir sıra tədbirlər görülə bilər. Bununla bağlı olaraq rəhbərlik maarifləndirici çağırışlar etməli, davranış qaydalarına əlavələr etməlidir. Düzdür bu bizim problemimizi tam həll etməsə belə qismən vəziyyəti yaxşılaşdıracaq". 

Müsahibimizin də dediyi kimi, bunlar problemlərimizi tam həll etməsə də, ən azından bir-birimizə hörmət, qaydalara riayət etməliyik. Çantamızı əlinizdə saxlamaq, qaydalara riayət etmək və digər sərnişinlərə hörmət göstərmək bu problemləri azaltmaq üçün ən vacib addımlardandır. Əks halda sadaladığımız keyfiyyətlər yoxdursa, heç bir məhdudiyyət, cərimə, cəza bu problemlərin qarşısını ala bilməyəcək.

Türkan İsgəndərli



Xəbər xətti