"Ekologiya və Təbii Sərvələtlər Nazirliyi 11 hektar ərazinin sotunu 3 min manat satıb. Bu cürə meşəni necə satmaq olar?
Bu cür ağacları necə kəsmək olar?"
Sitat.info xəbər verir ki, bu sözləri "ECOFRONT" feysbuk qrupunun üzvlərindən biri deyib. Eko fəal Qusar meşəsində video çəkərək, paylaşıb.
O bildirib ki, meşədə kəsiləcək ağaclar artıq işarələnib, sarı rənglə nömrələnib. O, bu barədə Ekologiya və Təbii Sərvlətlər Nazirliyinin məsələyə münasibət bildirmədiyini də qeyd edib.
Eko fəalın dediyinə görə, ərazi satılıb, yerində ev tikintisinə hazırlıq gedir.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvlətlər Nazirliyinin sorğu göndərdik. Mövqeyləri dərc ediləcək.
Sitat.info həmin videonu təqdim edir:
Türkan,
Sitat.info