Neft günə artan qiymətlərlə başladı...

11:09 6 Avqust 2024

Neft qiymətləri əvvəlki üç seansda azaldıqdan sonra, çərşənbə axşamı günü davamlı olaraq yüksəlir.

Sitat.info xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin kotirovkaları 1,03 dollar (1,35%) artaraq bir barelə görə 77,33 dollar təşkil edib.

Bir gün əvvəl bu kontraktlar 0,51 dollar (0,7%) ucuzlaşaraq 76,30 dollar/barel olmuşdu. 

Nyu-York əmtəə birjasında (NYMEX) səhər saatlarında elektron hərraclarda WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti 1,2 dollar (1,65%) artaraq bir barelə görə 74,14 dollar təşkil edib. Bazar ertəsi bu müqavilələrin bir barelinin qiyməti 0,58 dollar (0,8%) ucuzlaşaraq 72,94 dollar idi.

Nigar,

Sitat.info



Xəbər xətti