Türkiyədə yeni doğulan uşaqlar üçün bu yardımlar veriləcək

17:34 13 Yanvar 2025

Türkiyədə yeni doğulan ilk uşaq üçün 5 min lirə (təqribən 240 manat) həcmində birdəfəlik yardım veriləcək.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ailə İli Təşviqət Proqramı”nda çıxış edərkən açıqlayıb. 

Onun sözlərinə görə, bununla yanaşı, ikinci uşaq üçün hər ay 1500 lirə (72 manat), üçüncü və sonrakı uşaqlar üçün isə 5000 lirə yardım göstəriləcək.



Xəbər xətti