Ukrayna Silahlı Qüvvələri bu gün Rusiyanın bir neçə bölgəsinə kütləvi hücumlar həyata keçirib.
Sitat.info xəbər verir ki, ilk zərbə Tula vilayətinə endirilib, Alekisin üzərində partlayışlar eşidilib.
PUA qalıqlarının düşməsi nəticəsində bir neçə avtomobil, təsərrüfat binaları və yaşayış evlərinin pəncərələri zədələnib, lakin xəsarət alan yoxdur.
Ukraynanın PUA-larının kütləvi hücumuna məruz qalan Saratov vilayətinin Engels şəhərində sənaye müəssisəsində zədələnmələr qeydə alınıb.
Kazan şəhərinin ətrafında isə qaz çəninin alovlanması baş verib. PUA-nın hücumu nəticəsində yerli sakinlərin dediyinə görə, ərazidə güclü yanğın və tüstü müşahidə olunub. Hədəf alınan obyekt Kazan “Orgsintez” zavodu olub.
Məlumata görə, Rostov vilayətində hava hücumundan müdafiə qüvvələri 14 Ukrayna PUA-sını məhv edib.
Tambov vilayətinin Kotovsk şəhərinin sakinləri şəhər ətrafında partlayışların olduğunu bildiriblər. İlkin məlumatlara görə, hava hücumundan müdafiə sistemi (HHM) 3 PUA-nı vurub.