Tramp Cənubi Qafqaz strategiyası Azərbaycanın xeyrinə dəyişəcəkmi?

16:08 14 Yanvar 2025

"ABŞ-Ermənistan strateji tərəfdaşlıq sənədi Vaşinqtonun Cənubi Qafqazdakı güc oyununda üstün strategiya əldə etmək cəhdini ifadə edir. Lakin bu, Co Bayden administrasiyasının timsalında baş verir, cənab Bayden Donald Trampa hakimiyyətin təhvilində Cənubi Qafqaz üzrə yeni strategiya miras qoymaq istəyir. Lakin Trampın bu sənəddən irəli gələcək prioritetləri icra edəcəyi sual altındadır və cənab Tramp ABŞ-nin strategiyasını sürətli bir tempdə Azərbaycana fokuslanmaq üzərində qurmaq imkanlarını göstərə bilər. Çünki Azərbaycan Cənubi Qafqaz və onun təhlükəsizliyi strategiyasında mərkəzi rol oynayır".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. 

O bildirib ki, ümumilikdə Cənubi Qafqazda dəyişən tərəfdaşlıqlar fonunda yeni rəqabət məkanı kimi tarix yazılır: "Rusiya-İran arasında imzalanması gözlənilən strateji tərəfdaşlıq sənədi də rəqib tərəfləri bir-birlərinin mövqelərini daha aydın oxumağa imkan yaradacaq.

Azərbaycan bütün bu əməliyyatların nəticələrini hesablayıb Ermənistan üzərində strateji üstünlüklərini saxlayaraq regionda təsirlərini daha da dərinləşdirəcək. Bakı yenilənən regional ambisiyalara qarşı regionun geosiyasi xəritəsini yenidən formalaşdırmaq və danışıqlarda mövqeyini gücləndirmək üçün daha geniş strategiya izləyə bilər".

A.Kərimov vurğulayıb ki, Azərbaycan təsir imkanlarını maksimuma çatdırmaq üçün ABŞ-Ermənistan və Rusiya-İran sənədlərinin nəticələrinin formalaşdıracağı nəticələr arasında öz xeyrinə uyğunlaşdırma strategiyası tərtib edəcək.

Seymur,

Sitat.info

 

 



Xəbər xətti