Rusiya Prezidenti Vladimir Putin və bu ölkəyə rəsmi səfər edəcək İran Prezidenti Məsud Pezeşkian arasında danışıqlar yanvarın 17-də keçiriləcək.
Sitat.info xəbər verir ki, məlumatı Kreml yayıb.
Görüş zamanı iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanacaq. Bununla yanaşı, liderlər genişmiqyaslı əməkdaşlığın inkişafını, regional və beynəlxalq gündəmdəki məsələləri müzakirə edəcəklər.
Görüşdən sonra Putin və İran Prezidenti birgə bəyanatla media qarşısına çıxacaq.