İranın yüksəkrütbəli polisi qətlə yetirilib.
Sitat.info xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Qeyd olunub ki, İranın Sistan-Bəlucistan əyalətinin Xaş şəhərinin ictimai təhlükəsizlik üzrə polis rəisinin müavini naməlum şəxslər tərəfindən evinin yaxınlığında öldürülüb.
Onun mülki geyimdə cümə namazına qatıldıqdan sonra öldürüldüyü bildirilir.