2023-cü ildə Azərbaycanda uşaqların sayında bir qədər də azalma qeydə alınıb.
Sitat.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə 2 milyon 668 min olan uşaq sayı 2023-cü ildə 2 milyon 633 minə düşüb. Bir ildə uşaqların sayı 35 min nəfər azalıb.
Uşaqların sayında azalma daha çox oğlanlarda müşahidə edilib. Oğlan uşaqlarının sayı bir ildə 20 min azalaraq 1,402 milyon nəfərə, qız uşaqlarının sayı 16 min nəfər azalaraq 1,231 min nəfərə enib.
Son məlumata əsasən, Azərbaycan əhalisinin 25,8 faizi uşaqlardan ibarətdir.
Xatırladaq ki, 2005-ci ildə ölkəmizdə 2,72 milyon uşaq olub və əhalinin 32 faizini uşaqlar təşkil edib.