Superkubok finalında "Beşiktaş"a 5-0, ağır məğlubiyyətlə mövsümə başlayan "Qalatasaray" Çempionlar liqası ilə vidalaşıb.
Sitat.info xarici mediaya istinad'n istinadən xəbər verir ki, "Qalatasaray"ın İdarə Heyətinin üzvü Ali Yücenin istefa ərizəsini prezident Dursun Özbekə təqdim etdiyi iddia edilib. Artıq bununla bağlı yerli vaxtla saat 18:00-da İdarə Heyətinin təcili iclası çağırılıb.
Həmçinin idarə heyətinin daha 3 üzvünün istefa vermək barədə düşündüyü və istefaların bu gün keçiriləcək iclasdan sonra rəsmiləşə biləcəyi bildirilib.
Görüşdən sonra sarı-qırmızılı klubdan rəsmi açıqlama gözlənilir. /Manset.az