Aparıcı Vüsalə Əlizadə atası ilə bağlı paylaşım edib.
Sitat.info axşam.az xəbər verir ki, o, mərhum valideyni üçün darıxdığını bu sözlərlə dilə gətirib:
"Ən böyük qürurum sənin qızın olmaqdır, ata. İlk sevgim, dostum, sirdaşım... Sənin üçün, öyüdlərin, zarafatların, gülüşlərin və mənə olan güvənin üçün çox darıxmışam. Bir qız atasını çox sevərsə, deməli, o kişi dünyanın ən mərhəmətli, ən gözəl insanıdır! Atalarınızı sevin və bu sevgini onlara göstərməkdən utanmayın, çəkinməyin, sadəcə sevin. Ata duasında olmaq bir başqa xoşbəxtlikdir"