Köhnə avtomobili olanların NƏZƏRİNƏ! - Bu tarixdən...

08:19 16 Oktyabr 2024

Avtomobillərin utilizasiyası mərkəzləri gələn ildən fəaliyyətə başlaya bilər.

Fevralın 1-dən ölkə daxilində olan avtomobillərdən texniki baxış zamanı, xaricdən gətirilənlərdən isə gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı alınır. İdxal edilən avtomobillərin utilizasiya haqqı istehsal tarixi 4 ildən 7 ilə qədər olanlar üçün 400 manat, 7 ildən yuxarılar üçün isə 700 manatdır. Texniki baxış zamanı isə bu ödəniş avtomobilin ilindən asılı olaraq 10 manatdan 40 manata qədərdir. Statistikaya əsasən ölkədə 10 ildən çox yaşı olan avtomobillərin sayı 80% təşkil edir. Bəs proses hazırda hansı mərhələdədir?

Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, artıq Avtomobillərin Utilizasiyası Fonduna müəyyən məbləğdə vəsait toplanıb.

Ekspert vətəndaşlar arasında utilizasiya prosesinin məcburi olacağı ilə bağlı yayılan məlumatlara da toxunub.

Utilizasiyanın nə vaxt başlayacağını öyrənmək üçün prosesi həyata keçirəcək olan "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, "Tullantılar haqqında" qanunda nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı sentyabrın 1-də qüvvəyə minmiş müddəalara uyğun olaraq utilizatorların qeydiyyatı aparılır. Hazırda prosesin həyata keçirilməsi məqsədilə yaradılan infrastruktur və proqram təminatı sınaq mərhələsindədir.

 



Xəbər xətti