Gələn ilin dövlət büdcəsi açıqlandı - Bu qədər olacaq

12:41 16 Oktyabr 2024

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsini Azərbaycan Respublikasının Milli Məclisin müzakirəsinə təqdim edib.

Sitat.info Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, qanun layihəsinə əsasən, 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri 41 milyard 367 milyon 600 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 milyard 520 milyon 952,0 min manat, yerli gəlirləri 795milyon 48,0 min manat, mərkəzləşdirilmiş xərcləri 40 milyard 567 milyon 265,0 min manat, yerli xərcləri 800 milyon 335,0 min manat) nəzərdə tutulur.

Gəlirlərin 14 milyard 481 milyon manatını Dövlət Neft Fondundan transfertlər təşkil edəcək.

Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsi neftin 75 dollarlıq orta qiyməti əsasında hesablanıb.



Xəbər xətti