Fransada saxlanılan Kemi Seba azadlığa buraxıldı

15:22 17 Oktyabr 2024

İki gün əvvəl Fransanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan şəxs kimi tanınan Kemi Seba sərbəst buraxılıb.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, K.Seba xarici ölkələrlə əməkdaşlıqda ittiham edilib.

Onu bu ittihamla 30 ilədək həbs gözləyirdi. Lakin məhkəmədə bununla bağlı hər hansı fakt sübuta yetirilməyib.

 

 

 

 



Xəbər xətti