Adının açıqlanmasını istəməyən xeyriyyəçi iş adamı şəhid və qazi ailələrini sevindirən addım atıb. O, toyu və xeyir işləri olan şəhid və qazi ailələrinin xanımlarına gəlinlik və ziyafət geyimləri hədiyyə edəcəklərini bildirib.
Bu məlumatı Sitat.info-ya tanınmış bloger Elçin Lənbəranski verib.
O bildirib ki, şəhid və qazi ailələrində xeyir iş varsa, bu imkandan yararlana bilərlər: "Yaxın dostum olan iş adamı mənə zəng etdi. Dedi ki, şəhid və qazi ailələrində nə qədər xeyir işi varsa, onların hər birinə gəlinlik və gözəl geyimlər hədiyyə edəcək. Mən də çox sevindim. İş adamı həm də mənim yaxın dostumdur, gözəl insandır. Bu addımı həqiqətən təqdirəlayiqdir. Allah ondan razı olsun. Bunlar sadə geyimlər deyil, olduqca keyfiyyətli brend mallardır".
Məğrur,
Sitat.info