Gəlin onları incitməyək...

19:28 23 Oktyabr 2024

Bütün atalar dəyərlidir. Amma şəhid ataları başımızın tacıdır. 10 oktyabr Akif dayının dünyaya gəldiyi, oğlunun isə şəhid olduğu gündür. Şəhidimiz Ceyhun Səfərov müharibə başlayanda Türkiyədə işləyirmiş. Vətəni qorumaq üçün qayıdıb, döyüşə gedib.
 
Dövlət baba ailəyə kifayət qədər maddi və mənəvi dəstək verib. Sosial Müdafiə Nazirliyi ailəni kiçik sahibkarlıq üçün lazımı avadanlıqlarla da təmin edib. Ancaq...

Leysan yağışları şəhid ailəsinin evinin zirzəmisinə dolub. Yollarını keçilməz edib. Su o qədər dolub ki, öz vəsaiti hesabına su motoru alıb, bu da kifayət etmir... Həyətə də çıxa bilmirlər, qapıları böyük bir gölməçəyə açılır.

Xəzər Rayon İcra Hakimiyyətinə dəfələrlə zəng edib, xahiş edib, ancaq atanın probleminə biganə yanaşılır. İcra Hakimiyyətindən "texnikamız yoxdur, nəsə olsa sizə xəbər edərik" deyiblər. Ev yarıya qədər suyun içindədir. Şəhid atasının bu istəyini yerinə yetirmək çoxmu çətindir? Yerli qurumlar niyə bu qədər laqeydlik göstərirlər? 
Söhbət əsnasında şəhid atası onu da dedi ki, hələ dövlətdən avadanlıqları qurmağa bir yer tapmayıb. Xəzər Rayon İcra Hakimiyyətində də olub, nazirliyinin təkər təmiri üçün  verdiyi avadalıqlar üçün bu boyda Binə qəsəbəsində 10 metrlik torpaq verilmir ki, işə başlasın. Gəlin onları incitməyək...

Sabah sitat.info-da bu haqda geniş videoreportajım olacaq...

Məğrur Salmanov,

Sitat.info



Xəbər xətti