Türkiyənin iki bölgəsində zəlzələ oldu

13:36 15 Noyabr 2024

Türkiyədə zəlzələ olub. 

Sitat.info yerli mediaya istinadən xəbər verir ki, Rizənin Hemşin rayonunda saat 12.02-də 4.7 bal gücündə zəlzələ olub. 

Zəlzələ 12.85 kilometr dərinlikdə baş verib. 

Qeyd edək ki, bu gün həmçinin Malatyanın Doğanşehir rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.



Xəbər xətti