Tramp Putinlə görüşü mümkün hesab edib

22:52 7 Fevral 2025

ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşün mümkünlüyünə inanır və aralarındakı münasibətləri yaxşı adlandırır.

Sitat.info xəbər verir ki, ABŞ  lideri Putin haqqında bu sözləri deyib:  "Bizim həmişə yaxşı münasibətimiz olub. Prezident Putinlə mənim hər zaman yaxşı münasibətimiz olub. Ona görə də baş verənlərə görə çox kədərlənirəm".

Tramp Ukraynadakı münaqişəyə toxunaraq deyib ki, onun hakimiyyətdə olmadığı boşluqda bütün bunlar baş verib: “Mən 2016-cı il ABŞ seçkilərindən sonra prezident olsaydım, bu heç vaxt baş verməzdi. Bunun baş verməsi ayıbdır”.

Putinlə şəxsən görüşmək niyyətində olub-olmaması ilə bağlı suala Ağ Ev rəhbəri “Ola bilər, mümkündür” -deyə cavab verib.

Məğrur,

Sitat.info 



Xəbər xətti