Azərbaycanda onlardan cəmi 7 nəfər qaldı

Azərbaycanda onlardan cəmi 7 nəfər qaldı
SOSİAL 28 Noyabr 2026 17:08

Cəlilabad rayonunun ən yaşlı sakinlərindən biri, İkinci Dünya müharibəsinin sonuncu iştirakçısı Əbiş Zamanov vəfat edib.

Sitat.info yurd.media-ya istinadən xəbər verir ki, 103 yaşlı veteran doğulduğu torpaqda dünyasını dəyişib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycanda 1941-1945-ci illər müharibəsi iştirakçıların sayı 8 nəfər idi. Həmin şəxslərə ayda 330 manat Prezident təqaüdü verilir.

İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında 600 mindən çox azərbaycanlı iştirak edib. Onların yarısı – 300 min nəfəri müharibədə həlak olub. 300 min azərbaycanlı isə müharibədən sağ qayıdıb.