Türkiyədə xəstəxanada yanğın: xəstələr təxliyə olundu

14:45 26 Mart 2025

Türkiyənin Antalya şəhərindəki Aralıq dənizi Universitetinin xəstəxanasında yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Yeniyetmə və Uşaq bölməsində çıxan yanğın xəstəxananı tüstü bürüyüb.

Əvvəlcə Acil xidmət, daha sonra isə 200 yerlik Blokundakı xəstələr təxliyə olunub. Xəsarət alanların olmadığı bildirilir.

Hadisə yerinə yanğınsöndürmə xidmətləri gəlib.

Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.



Xəbər xətti